BAKI, 4 fevral. TELEQRAF

Türkiyə təmsilçisi “Fənərbağça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Nqolo Kantenin transferini reallaşdırıb.

Teleqraf xəbər verir ki, Nqolo Kantenin yaxın saatlarda İstanbulda olacağı gözlənilir.

Qeyd edək ki, Nqolo Kante 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 21 oyunda 1 qol vurub.