BAKI, 3 fevral. TELEQRAF

Məğlubiyyətsiz qazaxıstanlı döyüşçü Şavkat Raxmonov (19-0) UFC-nin yarımağır çəki dərəcəsində reytinq siyahısından çıxarılıb.

Teleqraf xəbər verir ki, yenilənmiş reytinqdə ilk 15 döyüşçü arasında 31 yaşlı idmançının adı yer almayıb.

Daha əvvəl Raxmonovun zədələndiyi üçün dizindən əməliyyat keçirdiyi və 9–10 ay müddətinə sıradan çıxdığı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Şavkat Raxmonov sonuncu dəfə 2024-cü ilin dekabrında oktaqona çıxıb və həmin görüşdə İan Garri üzərində qələbə qazanıb.