BAKI, 3 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kapitanı Kriştianu Ronaldu iyun ayında komandadan ayrıla bilər.
Teleqraf “Record” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ulduz futbolçunun klubun transfer siyasətindən narazı qalmasıdır.
40 yaşlı hücumçunun müqaviləsindəki sərbəstqalma məbləği 50 milyon avro təşkil edir. Futbolçunun prioriteti Avropaya qayıtmaq və ya MLS-ə (ABŞ) keçməkdir.
Qeyd edək ki, Ronaldu fevralın 2-də “Ər-Riyad”la oyunun iştirak ərizəsinə salınmayıb. Bildirilir ki, o, dövlət investisiyalarının rəqib klublarla müqayisədə az olmasına etiraz olaraq görüşü boykot edib. Narazılığın əsas səbəbi isə Kərim Benzemanın “Əl-İttihad”dan “Əl-Hilal”a transferidir.