BAKI, 3 fevral. TELEQRAF
İspaniyanın “Atletiko Madrid” klubu İtaliya təmsilçisi “Atalanta”nın futbolçusu Ademola Lukmanı transfer edib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi nigeriyalı hücumçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.
İddialara görə, “Atletiko Madrid” 28 yaşlı oyunçunun transferi üçün İtaliya klubuna 35 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, karyerası ərzində “Çarlton”, “Everton”, “Leypsiq”, “Fulhem”, “Lester Siti” və “Atalanta” formalarını geyinən Lukman 2023/24 mövsümündə “Atalanta” ilə UEFA Avropa Liqasının qalibi olub.