BAKI, 2 fevral. TELEQRAF
Rusiyanın “Zenit” klubu futbolçu Con Duranın transferi üzrə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” klubu ilə yekun razılığa gəlib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu müqavilə imzalamaq üçün Sankt-Peterburqa yola düşüb.
“Zenit” Duranın icarəsi üçün “Əl-Nəsr”ə heç bir ödəniş etməyəcək, lakin cari mövsümün sonunda forvardı 35 milyon avroya satın almaq imkanı olacaq. Onun maaşının böyük hissəsini Səudiyyə klubu qarşılayacaq.
“Zenit” futbolçuya yarım mövsüm üçün 4 milyon avro ödəyəcək, qalan hissə (təxminən 6 milyon avro) isə “Əl-Nəsr” tərəfindən ödəniləcək.
Qeyd edək ki, Con Duran mövsümün ilk yarısını icarə əsasında “Fənərbağça”nın heyətində çıxış edib. Türkiyə çempionatında 10 oyunda hücumçu 3 qol vurub və 3 məhsuldar ötürmə edib.