BAKI, 2 fevral. TELEQRAF

Fransanın “Renn” klubunun futbolçusu Jeremi Jake İngiltərə təmsilçisi “Liverpul”a keçməyə yaxındır.

Teleqraf “Sky Sports”a istinadən xəbər verir ki, Premyer Liqa klubu 20 yaşlı müdafiəçinin transferi ilə bağlı artıq prinsipial razılıq əldə edib.

“Liverpul” Jake üçün bonuslar da daxil olmaqla 70 milyon avro ödəyəcək.

Müdafiəçinin bu gün tibbi müayinədən keçəcəyi gözlənilir. Transfermarkt portalı futbolçunun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.