BAKI, 2 fevral. TELEQRAF

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.

Teleqraf PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubunun yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

Qərb təmsilçisi “Şamaxı” ilə ev matçında 0:2 hesabı ilə uduzub. “Kəpəz” 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə uduzub. 1040 qola sevinən komanda 889 top buraxıb.

"Sarı-göylər" evdə 342, səfərdə 346, neytral meydanda 12 oyun keçirib. “Kəpəz” oyun sayında yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dan geri qalır.

Qeyd edək ki, ilk matçını 1992-ci il mayın 3-də keçirən Gəncə təmsilçisi evdə “Turan”a 2:1 hesabı ilə qalib gəlib.