BAKI, 15 sentyabr. TELEQRAF
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov bu ölkənin ədliyyə naziri Akbar Taşqulov ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.
“Görüşdə Azərbaycan və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, habelə ədliyyə sahəsində əlaqələrin inkişafı barədə ətraflı söhbət etdik.
Söhbət zamanı iki ölkənin müvafiq qurumları arasında təmasların genişləndirilməsi və hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi apardıq”, – səfir qeyd edib.