BAKI, 15 sentyabr. TELEQRAF
Azərbaycan və İsveçrə arasında iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər müzakirə edilib.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.
"İsveçrəyə işgüzar səfərimiz çərçivəsində İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri, Birgə Komissiyanın həmsədri Andrea Rauber Saxer ilə görüşdük.
İki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı #investisiya-ların təşviqi və yeni birgə təşəbbüslərin reallaşdırılmasının iqtisadi tərəfdaşlığımızı daha da möhkəmləndirəcəyini qeyd etdik", - nazir bildirib.