BAKI, 15 sentyabr. TELEQRAF
Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin Ruslan Kravçenkonun Baş prokuror vəzifəsindən azad edilməsi barədə qərarını təsdiqləyib.
Teleqraf xəbər verir ki, parlamentin 317 üzvü qərarın lehinə səs verib.
Volodimir Zelenski dünən Ali Radadan Ruslan Kravçenkonun Baş prokuror vəzifəsindən azad edilməsi barədə qərarı mümkün qədər tez təsdiqləməsini tələb etmişdi: “Bu Baş prokurorun yalnız bir yolu var: vəzifəsindən azad edilmək. Ona bunu bildirmişəm. Ukrayna bütün səbəbləri görür. Əgər o, bunu siyasi təzyiq hesab edirsə, qoy belə də adlandırsın”.
Ruslan Kravçenko məsələ gündəmə gəlməmiş, ötən günlərdə ölkədən qaçıb. Bundan əvvəl isə korrupsiyaya qarşı mübarizə orqanlarının yeni araşdırması fonunda istefa ərizəsi təqdim etmişdi.