BAKI, 15 sentyabr. TELEQRAF
Sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı V.Qədirli müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs sosial şəbəkələrdə kosmetik vasitələri dəyərindən aşağı qiymətlərlə təklif edib və ödənişi aldıqdan sonra zərərçəkənlərlə əlaqəni kəsərək telefon nömrələrini bloklayıb.
Araşdırma davam etdirilir.