BAKI, 15 sentyabr. TELEQRAF
15 Sentyabr – Bilik Günündə Bakı Dəmiryol Vağzalı yalnız səfərlərin deyil, sevinc dolu anların da ünvanına çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, yeni tədris ilinin başlaması münasibətilə sərnişinlər ADY-nin hazırladığı xüsusi hədiyyələrlə qarşılanıblar. Səmimi təbriklər və xoş sürprizlər günə unudulmaz rəng qatıb.
Qurum yeni tədris ili münasibətilə sərnişinləri təbrik edərək, hər bir yeni biliyin fərqli istiqamət, hər uğurun isə gələcəyə açılan yeni bir yol olduğunu vurğulayıb və bu yolun hər kəsi böyük nailiyyətlərə aparmasını arzulayıb.