BAKI, 15 sentyabr. TELEQRAF
Rusiya Belarusda hərbi mövcudluğunu artırıb və ölkənin müdafiə-sənaye kompleksinin öz müdafiə-sənaye kompleksinə inteqrasiyasını genişləndirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
İnstitutun analitiklərinin fikrincə, bu, Kremlin Rusiya ordusunu yenidən silahlandırmaq və Ukraynada uzunmüddətli müharibəni dəstəkləmək strategiyası çərçivəsində baş verir.
Belarusun müxalif mənbələrinin məlumatına görə, Minsk Baranoviçidə yerləşən 558-ci Aviasiya Təmir Zavodunu Su-25 hücum təyyarəsi üçün komponentlərin istehsalına hazırlayıb: “20 min kvadratmetrdən çox sahəni əhatə edən zavod yeni istehsal gücünə malikdir. Minsk artıq bu müəssisədən bir sıra təyyarələr üçün detalların istehsalında istifadə edir. Bunların arasında Su-25, Su-27, Su-30 və MiQ-29 təyyarələri var”.
ISW xatırladıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya təyyarələri üçün detalların istehsalı barədə hələ 2023-cü ilin fevralında bəyanat vermişdi.