BAKI, 30 yanvar. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ” və “İmişli” klubları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Kamranbəy Rəhimbəyov idarə edib. Maraqlıdır ki, "qırmızı-qaralar"ın heyətində Domi Massumo het-trik (27;45+1; 88), "şirlər"in heyətində isə Dieqo Almeyda isə “dubl” (7;61) müəllifi olub.

Bu nəticədən sonra Kaxaber Txsadedzenin komandası 17 xalla turnir cədvəlinin 10-cu piləsinə yüksəlib, Jorj Kaşkilyanın kollektivi isə 18 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu gün baş tutan digər qarşılaşmada “Sumqayıt” səfərdə “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub edib. Tur fevralın 1-də “Qarabağ” – “Turan Tovuz” matçı ilə yekunlaşacaq.