BAKI, 30 yanvar. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVIII turunda “Karvan-Yevlax” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi görüşdə qolları Aleksa Yankoviç (20) və Ronaldo Vaskez (33) vurublar.

Bu nəticədən sonra Saşa İliçin rəhbərlik etdiyi "kimyaçılar" 30 xalla turnir cədvəlinin 4-cü pilləsində, Fizulu Məmmədovun komandası isə 6 xalla 12-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında "Qəbələ" evdə "İmişli" ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da start götürəcək.