BAKI, 3 sentyabr. TELEQRAF

İtaliya təmsilçisi “Milan”ın futbolçusu İsmayıl Bennaser Türkiyənin “Trabzon” klubuna keçə bilər.

Teleqraf xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

Türkiyə təmsilçisi əlcəzairli yarımmüdafiəçi ilə danışıqların son mərhələsindədir. “Transfermarkt” futbolçunu 15 milyon avro dəyərində qiymətləndirir.

Xatırladaq ki, ötən mövsümün ikinci yarısında Bennaser artıq “rossonyerlər”dən ayrılaraq yarımillik icarə əsasında “Marsel”də çıxış etmişdi.