BAKI, 1 sentyabr. TELEQRAF
“Sumqayıt” Basketbol Klubu baş məşqçisi Vadim Kuramşınla əməkdaşlığı davam etdirəcək.
Teleqraf klubun rəsmi saytlna istinadən xəbər verir ki, yeni mövsümdə də komandanı təcrübəli mütəxəssis çalışdıracaq.
Qeyd edək ki, Kuramşın “Sumqayıt” təsis edildiyi dövrdən komandada məşqçi kimi çalışır. O, ötən mövsümün gedişində komandamızın baş məşqçisi postuna gətirilib. Kuramşının başçılığı altında “Sumqayıt” B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komdamız “Sərhədçi”yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.