BAKI, 24 avqust. TELEQRAF
Azərbaycanda Premyer Liqasında II turun növbəti oyunu keçirilib.
Teleqraf xəbər verir ki, “Turan Tovuz” “Azersun Arena”da “Araz-Naxçıvan”ı qəbul edib.
Baş hakim Tural Qurbanovun idarə etdiyi matçda qonaqlar 2:1 hesablı qələbə qazanıb.
Tovuz təmsilçisinin heyətində Aleks Serrano 77-ci dəqiqədə penaltidən fərqlənib.
Muxtar Respublika təmsilçisindən 37-ci dəqiqədə Çarls Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala adını tabloya yazdırıb.
Elmar Baxşıyevin komandası 4 xalla turnir cədvəlində 3-cü, Kurban Berdıyevin rəhbərlik kollektiv isə 1 xalla 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura avqustun 25-də “Qəbələ” - “Zirə” oyunu ilə yekun vurulacaq.