BAKI, 24 aprel. TELEQRAF

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Teleqraf xəbər verir ki, 350 ton buğda yüklü qatar Böyük Kəsik istiqamətinə göndərilib.

***

08:58

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.

Teleqraf xəbər verir ki, 350 ton buğda yüklü 5 vaqon "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir.

İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.