BAKI, 24 avqust. TELEQRAF

Azərbaycanda Premyer Liqasında II turun növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, “Şamaxı” doğma meydanda “Sabah” komandasını qəbul edib.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda qonaqlar 2:1 hesablı qələbə qazanıb.

“Şirlər”dən Dioqo Banau (58-ci dəqiqədə), “bayquşlar”dan isə Coy-Lens Mikels (1, 76) fərqlənib.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 3 xalla 3-cü, Ayxan Abbasovun komandası isə 1 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər oyunu “Turan Tovuz” və “Araz-Naxçıvan” klubları arasında təşkil olunacaq.