BAKI, 27 iyul. TELEQRAF

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” klubu növbəti transferini həyata keçirib.

Teleqraf Yevlax təmsilçisinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, Vüsal Məsimov ilə 1 illik müqavilə imzalanıb.

25 yaşlı sol cinah müdafiəçisi son olaraq “Şamaxı” klubunda forma geyinib.