BAKI, 17 iyul. TELEQRAF

"Kəpəz" və "Şamaxı"nın sabiq futbolçusu Georgi Kantariyanın yeni klubu müəyyənləşib.

Teleqraf xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rusiyanın “Nefteximik” komandasına keçib.

Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kantariya son mövsümü Rusiyanın digər təmsilçisi "Sokol"da keçirib.

Qeyd edək ki, Georgi Kantariya 2022-2023-cü illərdə "Kəpəz"in, 2024-cü ildə isə "Şamaxı"nın şərəfini qoruyub.