BAKI, 13 iyul. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunun braziliyalı futbolçusu Anderson Taliska zədələnib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Karagümrük”lə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyununda arxa əzələsindən xəsarət alıb.
Braziliyalı oyunçunun müalicəsinə artıq başlanılıb. Zədənin nə qədər ciddi olduğu barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Anderson Taliska yanvardan “Fənərbağça”nın şərəfini qoruyur.