BAKI, 5 mart. TELEQRAF

İsrail hakimiyyəti fevralın 28-də tətbiq olunan məhdudiyyətləri yumşaldaraq 50 nəfərə qədər toplaşmalara icazə vermək qərarı alıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

Bildirilib ki, İsrailin Arxa Cəbhə Komandanlığı martın 5-dən etibarən əhali üçün nəzərdə tutulan təlimatlara dəyişiklik edəcək. Yerli vaxtla saat 12:00-dan etibarən standart sığınacağa qısa müddətdə çatmaq imkanı olduğu halda, 50 nəfərə qədər toplantılara icazə veriləcək.

Həmçinin sığınacağa çıxışı olan qapalı məkanlarda iş fəaliyyətinə icazə veriləcəyi qeyd olunub.

Ordudan bildirilib ki, bütün təhsil tədbirləri isə hələlik qadağan olaraq qalır.