BAKI, 4 mart. TELEQRAF

İraqda elektrik sisteminin tamamilə sıradan çıxması üzündən ölkənin bütün əyalətləri qaranlığa qərq olub.

Teleqraf xəbər verir ki, elektrik kəsintisinə səbəb Bəsrədəki stansiyada qaz təchizatında baş verən texniki problem olub.

İraq Energetika Nazirliyinin açıqlamasına görə, sıradan çıxmış elektrik stansiyalarının və ötürücü xətlərin yenidən işə salınması üçün işlər aparılır.