BAKI, 4 mart. TELEQRAF

İspaniyanın “Real Madrid” klubu 2026/27 mövsümü üçün baş məşqçi vəzifəsinə İtaliyanın “Milan” klubu Massimiliano Alleqrini gətirməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Corriere dello Sport nəşri məlumat yayıb.

Yanvarın ortasında “kral klubu” Xabi Alonsonu yola salaraq əvəzinə Alvaro Arbeloanı gətirsə də, nəticələr əhəmiyyətli dərəcədə yaxşılaşmayıb. Onun rəhbərliyi altında 12 oyunda “Real Madrid” 4 məğlubiyyətə üzləşib.

Məlumata görə, Alleqri daha əvvəl 2019 və 2021-ci illərdə də “Real”ın baş məşqçisi təyin olunmağa yaxın olub.

Qeyd edək ki, Alleqri 2025-ci ilin yayından bəri “Milan”ın baş məşqçisidir. Cari mövsüm klub A Seriyasında ikinci yerdə qərarlaşıb.