BAKI, 5 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla İrana qarşı əməliyyatın gedişatını müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.
Kanalın məlumatına görə, söhbət ABŞ liderinin təşəbbüsü ilə baş tutub.
BFMTV mənbəyə istinadən bildirir ki, liderlər həmçinin Fransanın böyük əhəmiyyət verdiyi Livanla bağlı da müzakirə aparıblar.