BAKI, 4 mart. TELEQRAF

"Şamaxı" klubunun baş məşqçisi Ayxan Abbasovla Peşəkar Futbol Liqası arasında danışıqlar olub.

Teleqraf xəbər verir ki, bu barədə mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la keçirilən cavab oyunundan (1:3) sonra mətbuat konfransında deyib.

O, Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” ilə oyundan sonra qurumla danışıqlar apardığını bildirib: “Biz məşqçilər, futbol ictimaiyyəti meydançalarımızın yaxşı olmasını istəyirik. Anlaşılmazlıq olmuşdu. Oyundan sonra danışdıq. Bu məsələni öz aramızda həll etdik. Böyük bir problem yoxdur”.

Qeyd edək ki, tərəflər arasında "İmişli"nin ev oyunlarının keçirdiyi Quba OİK-in stadionu ilə bağlı qarşılıqlı açıqlamalar olmuşdu.