BAKI, 4 mart. TELEQRAF

İran hökuməti müharibə şəraitində ölkəni idarə etmək üçün plan hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Bildirilir ki, bu strategiyanın əsas müddəaları artıq tətbiq olunmağa başlayıb. Plan şəxsən İran Prezidenti Məsud Pezeşkian tərəfindən təsdiqlənib və o, bütün qurumlara yeni reallıqda lazım olan səlahiyyətləri verib.

Planın təfərrüatı açıqlanmasa da, qeyd edilir ki, onun həyata keçirilməsi vətəndaşların mövcud həyat səviyyəsinin qorunmasını təmin edəcək və uzun sürən hərbi münaqişə şəraitində milli iqtisadiyyatın bütün ehtiyaclarını ödəyəcək.