BAKI, 5 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın müşavirləri onu İrana qarşı əməliyyatın nəticələrini əsas gətirərək mümkün qədər tez qələbə elan etməyə çağırır.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Trampın ətrafındakı bəzi müşavirlər hərbi kampaniyanın aydın məqsədlər olmadan uzunmüddətli müharibəyə çevrilə biləcəyindən narahatdırlar.

“ABŞ-nin İrana qarşı hücumu Trampın köməkçiləri və müşavirləri arasında uzunmüddətli müharibəyə cəlb olunmağın siyasi nəticələri ilə bağlı narahatlığı artırıb. Onlar hesab edir ki, bu, konkret fəaliyyət planı və ictimai dəstək olmadan ciddi siyasi problemlərə səbəb ola bilər”, - məlumatda qeyd olunur.

Nəşrin mənbələrindən biri isə müharibənin davam etdirilməsini “şərtsiz siyasi risk” kimi qiymətləndirib.

Bundan əvvəl Donald Tramp ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyatın gedişini 10 üzərindən 15 bal ilə qiymətləndirmişdi.