BAKI, 4 mart. TELEQRAF
Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Şamaxı" ilə qarşılaşacaq.
Görüşün start fiti saat 19:00-da səslənəcək.
Tərəflər arasındakı Şamaxıda baş tutan ilk matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun ilk yarımfinalçısı "Zirə" olub. Digər oyunlar martın 5-də keçiriləcək.