BAKI, 4 mart. TELEQRAF
Avropa Birliyinin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İrandan potensial qaçqın axınını müzakirə edib
Teleqraf xəbər verir ki, bu barədə Brunner "Bild" qəzetinə müsahibəsində bildirib: "Yaranan hər hansı bir münaqişə Avropa üçün bir çağırışdır. Mənim Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefonla danışmaq imkanım oldu. O, mənə İranla sərhədləri bağlı saxlayacaqlarına əminlik verdi".
Qeyd edək ki, AB ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları səbəbindən yeni qaçqın dalğasının yaranmasından narahatdır.