BAKI, 4 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu zədələnib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu XIV tur çərçivəsində “Əl-Feyha” ilə keçirilən (3:1) matçın 81-ci dəqiqəsində budun arxa əzələsi nahiyəsindən zədə alıb.

Portuqaliya millisinin kapitanı 2–4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Təcrübəli futbolçunun müalicəsinə artıq başlanılıb.

Ronaldunun ABŞ, Meksika və Kanadada iyunun 11-də start götürəcək dünya çempionatına qədər tam hazır olması gözlənilir.

Xatırladaq ki, Yaxın Şərqdəki gərginlik fonunda Kriştianu Ronaldonun ailəsi ilə birlikdə ölkəni tərk etdiyi barədə iddialar yayılmışdı. ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyatların Körfəz ölkələrinə yayılma ehtimalı səbəbindən Asiya Futbol Konfederasiyası (AFC) təhlükəsizlik məqsədilə bölgədə keçirilməsi planlaşdırılan səkkiz oyunu təxirə salıb.