BAKI, 5 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela prezidentinin nümayəndəsi Delsi Rodriqezlə qarşılıqlı fəaliyyəti yüksək dəyərləndirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında paylaşım edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Venesuela prezidentinin nümayəndəsi Delsi Rodriqez öz işini əla yerinə yetirir və ABŞ nümayəndələri ilə çox yaxşı əməkdaşlıq edir. Tramp həmçinin bildirib ki, Venesuela nefti artıq ABŞ-yə daxil olmağa başlayır.

Martın 4-də Ağ Evdə texnologiya şirkətlərinin nümayəndələri ilə görüşdə çıxış edən ABŞ Prezidenti Rodriqezlə əla münasibətlərin mövcud olduğunu da vurğulayıb.