BAKI, 4 mart. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunun braziliyalı futbolçusu Rodriqo Bekao mövsümün sonunda komandadan ayrılacaq.
Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, “sarı-lacivərtlilər”in qış fasiləsində “Kasımpaşa”ya icarəyə verdiyi mərkəz müdafiəçisi ölkəsinin klublarından “İnternasional”a transfer olunacaq.
30 yaşlı futbolçunun Braziliya təmsilçisi ilə razılıq əldə etdiyi bildirilir. Bekao ilə İtaliyadan da bir neçə klubun maraqlandığı iddia olunur.
Qeyd edək ki, Rodriqo Bekao bu mövsüm meydana çıxdığı 6 oyunda forma geyinsə də, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Hazırkı bazar dəyəri 3 milyon avro olan təcrübəli futbolçunun “Fənərbağça” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.