BAKI, 5 mart. TELEQRAF

İran İsrailin ölkədə hakimiyyəti dəyişməyə cəhd edəcəyi təqdirdə Dimona şəhərində yerləşən atom reaktorunu hədəfə ala biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın ISNA agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, iranlı hərbi rəsmilərdən biri bildirib ki, ABŞ və İsrail İranda rejimi dəyişməyə cəhd etsə, Tehran Dimonadakı atom reaktorunu hədəfə alacaq.

“İranlı hərbi rəsmilərdən biri xəbərdarlıq edib ki, ABŞ və İsrail İranda rejimi dəyişməyə cəhd edərsə, Tehran Dimona atom reaktorunu hədəfə götürəcək”, - məlumatda deyilir.

Qeyd olunub ki, bu məlumat daha əvvəl müxtəlif “Telegram” kanallarında, o cümlədən Ukrayna kanallarında da yayılıb. Bununla belə, İran İslam İnqilabı Keşikçiləri Korpusu bu cür bəyanatla rəsmi şəkildə çıxış etməyib.

Eyni zamanda bildirilir ki, İran hökuməti uzunmüddətli müharibə şəraitində idarəetmə planını işə salıb.

Politoloq Hüseyn Buxeyti isə ABŞ və İsrailin İrana endirdiyi zərbələrin əksinə olaraq İran cəmiyyətini daha da birləşdirdiyini bildirib.