BAKI, 5 mart. TELEQRAF

Ekvador Prezidenti Daniel Noboa ölkəsinin Kubadakı səfiri Xose Mariya Borxaya vətənə qayıtmaq barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Primicias” portalı məlumat yayıb.

Məlumata görə, Noboa imzaladığı fərmana əsasən Borxanın Kubada Ekvadorun səfiri kimi səlahiyyətlərinə xitam verib.

Bundan əvvəl, martın 4-də Ekvador Xarici İşlər Nazirliyi Kubanın ölkədəki səfirliyinə rəsmi bildiriş göndərərək diplomatik nümayəndəliyin rəhbərini və bütün əməkdaşlarını “persona non grata” elan edib. Onlara Cənubi Amerika respublikasını 48 saat ərzində tərk etmək tapşırılıb.