BAKI, 5 mart. TELEQRAF
İsrailə məxsus hərbi təyyarə İran üzərində uçuş zamanı zenit raketi ilə hədəfə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti Kan məlumat yayıb.
Məlumata görə, hadisə martın 3-də baş verib. Raketin buraxılmasına baxmayaraq, pilot manevr edərək zərbədən yayınmağa müvəffəq olub.
Bildirilir ki, insident nəticəsində İsrail hərbçiləri arasında xəsarət alan olmayıb.