BAKI, 3 mart. TELEQRAF
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Red Bull” şirkətində qlobal idman direktoru vəzifəsindən uzaqlaşdırıla bilər.
Teleqraf L’Équipe nəşrinə istinadən xəbər verir ki, rəhbərlik alman mütəxəssisin fəaliyyətindən narazıdır.
Kloppun bəzi qərarları tənqid hədəfinə çevrilib. Daha əvvəl yayılan xəbərlərdə “Real Madrid”in mütəxəssisə ciddi maraq göstərdiyi və onu komandanın baş məşqçisi kimi görmək istədiyi bildirilirdi.
Xatırladaq ki, Klopp 2024-cü ilin yayında “Liverpul”dakı baş məşqçi postunu tərk edib. O, 2025-ci ilin yanvarından etibarən “Red Bull”un idman istiqamətinə rəhbərlik edir.