BAKI, 3 mart. TELEQRAF
Bizon Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu "Zirə" klubudur.
"Qartallar" 1/4 finalda "Sumqayıt"dan üstün olub.
Sumqayıtdakı ilk matçda 0:0 hesabı ilə heç-heçə edən Bakı təmsilçisi cavab oyununda 2:0 hesablı qələbə qazanıb.
Zirə İdman Kompleksində təşkil olunan qarşılaşmada Davit Volkov (28-ci dəqiqə) və Ceyhun Nuriyev (88) fərqləniblər.
"Sumqayıt" qarşılaşmanın 84-cü dəqiqəsindən azlıqda qalıb. Belə ki, baş hakim Elçin Məsiyev Nikola Ninkoviçə birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.
Bununla da iki oyunun nəticəsinə əsasən, "Zirə" yarımfinala vəsiqə qazanıb. Komandanın finala gedən yoldakı rəqibi "Turan Tovuz" - "Kəpəz" cütünün qalibi olacaq.
Qeyd edək ki, bu mərhələnin digər oyunları 4-5 martda keçiriləcək.