BAKI, 4 mart. TELEQRAF
“Liverpul” İngiltərə Premyer Liqası tarixində antirekord müəyyənləşdirib.
Teleqraf “Opta Sport”a istinadən xəbər verir ki, bu, mersisaydlıların XXIX turda “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olduqdan sonra qeydə alınıb.
Arne Slotun komandası cari mövsüm Premyer Liqada 90-cı dəqiqədən sonra vurulan qol səbəbindən artıq beşinci məğlubiyyətini yaşayıb. Liqa tarixində heç bir klub bir mövsüm ərzində bu qədər gec qol buraxaraq məğlub olmayıb.
Qeyd edək ki, bu oyundan sonra “Liverpul” 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Vulverhempton” isə 16 xalla sonuncu — 20-ci yerdə qalıb.