BAKI, 4 mart. TELEQRAF
Bizon Azərbaycan Kubokunun növbəti yarımfinalçısı müəyyənləşib
Teleqraf xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda "Şamaxı"nı 3:1 hesabı ilə üstələyən "Qarabağ" növbəti raunda yüksəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "köhlən atlar"ın qollarını Emmanuel Addai (6 və 61-ci dəqiqələr) ilə Leandro Andrade (63) vurublar.
Qonaqlardan isə Karim Rossi (31) fərqlənib.
Tərəflər arasında ilk oyun "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, 1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq.