BAKI, 4 mart. TELEQRAF
"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedeskonun Türkiyə Kubokunun qrup mərhələsində "Qaziantep"lə keçiriləcək oyunu buraxacaq.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tedeskonun ciddi yoluxucu xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Onun martın 8-də Türkiyə Superliqasında "Samsunspor"a qarşı oyunda ehtiyat oyunçular skamyasına qayıtması gözlənilir.
"Fənərbağça"nın "Qaziantep"lə matçı bu gün keçiriləcək.
Qeyd edək ki, Domeniko Tedesko 2025-ci ilin sentyabrından bəri "Fənərbağça"nın baş məşqçisidir.