BAKI, 10 iyul. TELEQRAF
Növbəti mövsüm üçün heyət çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalayıb.
30 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində 14 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu Anqolanın “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində Portuqaliyanın “Vitoria Setubal”, “Arouka” kimi klublarının da şərəfini qoruyub.