BAKI, 29 may. TELEQRAF

Fransa millisinin hücumçusu Kilian Mbappe "Real Madrid"in 2024/2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb .

"Bu, mənim üçün böyük şərəfdir. Gələndə komandaya, ölkəyə, yeni dilə və mədəniyyətə uyğunlaşmalı oldum. İndi özümü əla hiss edirəm və bu, meydanda özünü göstərir", - Mbappe deyib.

Tamamlanmış mövsümdə forvard "Real"ın heyətində bütün turnirlərdə 56 oyun keçirib və 43 qol vurub.