BAKI, 20 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyunu “Zirə” və “İmişli” komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.

“Qartallar”ın hücumçusu Brahim Konate 14-cü dəqiqədə hesabı açsa da, baş hakim Cavid Cəlilov ofsayd səbəbindən qolu ləğv edib.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran “Zirə” turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. “İmişli” 17 xalla doqquzuncudur.

Qeyd edək ki, günün ilk oyununda “Neftçi” səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib.