BAKI, 21 dekabr. TELEQRAF
“Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo karyerasını Meksikanın “Pumas” klubunda davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı hücumçu yeni klubunda 23 nömrəli formanı geyinəcək. Onun müqaviləsinin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Juninyo 2023-cü ilin yayından bu ilin əvvəlinədək “Qarabağ”ın formasını geyinib.