BAKI, 21 dekabr. TELEQRAF
İngiltərənin “Liverpul” klubunun üç futbolçusu eyni anda zədələnib.
Teleqraf-ın məlumatına görə, bu, Premyer Liqanın XVII turunda “Tottenhem”lə keçirilən oyunda (2:1) baş verib.
Fasilədən sonra zədəli müdafiəçi Konor Bredli hücumçu Aleksander İsaakla əvəzlənib. O, 56-cı dəqiqədə qol vurub və həmin epizodda Mikki van de Venlə toqquşma zamanı ayağından zədə alıb.
Futbolçuların zədələrinin nə qədər davam edəcəyi həkim rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasının VIII turunda yanvarın 28-də “Qarabağ”ı qəbul edəcək.