BAKI, 22 dekabr. TELEQRAF
Braziliya millisinin və “Santos”un futbolçusu Neymar bu gün əməliyyat olunacaq.
Teleqraf "Globoesporte" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu sol dizindən cərrahi müdaxilə üçün artıq Belo Horizonte şəhərindədir.
Braziliyalı futbolçunun bərpa müddətinin təxminən bir ay çəkəcəyi gözlənilir. Müqaviləsi ilin sonuna qədər qüvvədə olan Neymar 2026-cı il Dünya Çempionatında Karlo Ançelottinin rəhbərliyi altında milli komandaya dəvət olunmağı hədəfləyir.
Qeyd edək ki, hücumçunun “Santos”la müqaviləsinin uzadılması yaxın vaxtlarda rəsmiləşməlidir. Lakin əməliyyat səbəbindən o, yeni müqavilə imzalasa belə, komandanın mövsümöncəsi hazırlıq mərhələsində iştirak edə bilməyəcək.