BAKI, 22 dekabr. TELEQRAF

Almaniya millisinin və “Vest Hem” klubunun futbolçusu Niklas Fyullkruq yaxın vaxtlarda İtaliya təmsilçisi “Milan”ın futbolçusu olacaq.

Teleqraf "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, tərəflər prinsipial razılığa gəliblər və danışıqlar yekun mərhələdədir.

32 yaşlı forvard İtaliya klubuna altı aylıq icarə əsasında keçəcək. “Milan” eyni zamanda futbolçunun sonradan transfer hüququnu da özündə saxlayacaq.

İcarə müddətində Fyullkruqun maaşı tam şəkildə “Milan” tərəfindən ödəniləcək, lakin klub icarə haqqı ödəməyəcək.